Dünya çempionatı: milli komandamız qələbə qazanıb
Tarix: 07-10-2022 23:59 | Bölmə: İdman
Dünya çempionatı: milli komandamız qələbə qazanıb

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib.

Reyting.az
xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib və 4:3 hesabı ilə qalib gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlmişdi - 3:0.

7 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan - Polşa - 4:3

Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}