Azərbaycanı Avropa çempionatının püşkatma mərasimində təmsil edəcək şəxslər bəlli olub
Tarix: 08-10-2022 12:12 | Bölmə: İdman
Azərbaycanı Avropa çempionatının püşkatma mərasimində təmsil edəcək şəxslər bəlli olub

Azərbaycanı 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər bəlli olub.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Festhalle" sərgi mərkəzində təşkil olunacaq tədbirə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev, yığmanın baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov qatılacaq.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan püşkatmada 4-cü səbətdə yer alacaq. Almaniya millisi ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Bundestim A qrupundakı bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}