ABŞ klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib
Tarix: 09-10-2022 11:24 | Bölmə: İdman
ABŞ klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

ABŞ-ın "İnter Mayami" klubu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronalduya illik 34 milyon avro məvacib təklif edib.

"Daily Star" xəbər verir ki, artıq tərəflər mümkün transferi müzakirə ediblər. Razılıq əldə olunsa, 37 yaşlı hücumçu gələn ilin yanvarında "İnter Mayami"yə keçəcək.

Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus kluba hələlik yekun qərarını bildirməyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}