Canni De Byazi: "Qrupun aşkar favoriti Belçika yığmasıdır"
Tarix: 09-10-2022 18:01 | Bölmə: İdman
Canni De Byazi: "Qrupun aşkar favoriti Belçika yığmasıdır"

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil".

Bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qrupun aşkar favoriti Belçika yığmasıdır: "Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriyanı da xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}