Keçmiş futbolçu həbs olunub
Tarix: 10-10-2022 17:59 | Bölmə: İdman
Keçmiş futbolçu həbs olunub

Rusiyanın "Rubin" klubunun sabiq futbolçusu Ruslan Muxametşin 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Stolitsa C" nəşri xəbər verir ki, 41 yaşlı veteran hücumçu qanunsuz kazino təşkil etməkdə ittiham olunur.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Ruslan Muxametşin 2013 - 2015-ci illərdə "Rubin"də çıxış edib. Hazırda "Zirə"nin formasını geyinən Ruslan Abışov da həmin dövrdə Kazan təmsilçisinin şərəfini qoruyub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}