FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək
Tarix: 11-10-2022 17:50 | Bölmə: İdman
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün klublara 209 milyon ABŞ dolları ödəyəcək.

Məlumata görə, bu, futbolçusu mundialda iştirak edən klublara şamil olunacaq.

Rəsmi hazırlıq dövrü daxil olmaqla, oyunçuların yarışda qaldığı hər gün üçün təzminat nəzərdə tutulub.

DÇ-2022 zamanı yığmada olan hər oyunçu üçün gündəlik 10 min ABŞ dolları veriləcək. Məbləğ futbolçunun dünya çempionatınadək iki il ərzində oynadığı bütün klublara ödəniləcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}