14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
AFFA bəzi klubları cəzalandırıb - Siyahı
Tarix: 14-10-2022 15:01 | Bölmə: İdman
AFFA bəzi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi bəzi klubları cəzalandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə qərarlar qurumun bugünkü yığıncaqda qəbul olunub:

Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə olunur (maddə 51.1);

“Qəbələ” klubunun futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);

IX turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə olunur (maddə 51.1);

“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

IX turun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur (maddə 69.3);




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}