DÇ-2022: Argentina dünya çempionudur - (Yenilənib)
Tarix: 18-12-2022 21:55 | Bölmə: İdman / Xəbərlər
DÇ-2022: Argentina dünya çempionudur - (Yenilənib)

Bu gün Qətərdə keçirilən dünya çempionatında Argentina və Fransa yığmaları finalda qarşılaşıblar.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunun 22-ci dəqiqəsində Messi Argentinanı penaltidən önə çıxarıb - 1:0

35-ci dəqiqədə Di Maria Argentinanın daha bir qoluna imza atıb - 2:0

79-cu dəqiqədə Mbappe penaltidən fərqi azaldıb - 2:1.

Bu qoldan iki dəqiqə sonra isə Mbappe 2-ci qola da imza ataraq hesaba tarazlıq gətirib - 2:2

Əsas vaxtı bərabərə bitdiyindən oyun 30 dəqiqəlik uzatmaya gedib.

108-ci dəqiqədə Argentina Messinin qolu ilə yenə hesabda önə çıxıb - 3:2

117-ci dəqiqədə isə Mbappe het-trekə imza atıb - 3:3

Penaltilər seriyasında Argentina daha dəqiq olub - 4:2

Beləliklə, Argentina dünya çempionu olub.

***

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Reyting.az x
əbər verir ki, yığmalar meydana bu heyətlə çıxıb:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}