“Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru 20 min cərimələnib
Tarix: 12-01-2024 16:09 | Bölmə: İqtisadiyyat
“Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru 20 min cərimələnib

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Reyting.az
Mingəçevir Şəhər Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı “Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}