Ukrayna Rusiya ilə "qaz müqaviləsi"ni uzatmayacaq
Tarix: 25-01-2024 18:05 | Bölmə: İqtisadiyyat
Ukrayna Rusiya ilə "qaz müqaviləsi"ni uzatmayacaq

"Rusiya ilə təbii qaz tranziti müqaviləsi 2024-cü ildən sonra uzadılmayacaq".

Bu barədə Ukrayna hökuməti məlumat yayıb.

Nazirlər Kabinetindən bildiriblər ki, təbii qazın tranziti ilə bağlı Ukrayna rəhbərliyinin mövqeyi aydın və dəyişməzdir:

"Təbii qazın Avropaya boru kəmərləri ilə nəqlini nəzərdə tutan müqavilənin müddəti 2024-cü ilin sonunda bitir. Biz Rusiya ilə bu məsələ ətrafında daha danışıqlar aparmaq fikrində deyilik. Saziş uzadılmayacaq”. 

Məlumata o da əlavə olunub ki, Rusiyadan Avropaya nəql edilən qazın həcmi 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb(Mia.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər