17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rəsulzadənin adını daşıyan tanker suya buraxıldı
Tarix: 07-08-2019 12:08 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Rəsulzadənin adını daşıyan tanker suya buraxıldı

Dünən İstanbulda azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Group”a məxsus Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker suya buraxılıb.

Reyting.az
xəbər verir ki, mərasimdə Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Azərbaycanın tanınmış ziyalıları, hər iki ölkənin media təmsilçiləri qatılıb. Altunova bələdiyyə başqanı Mətin Oral da nitq söyləyərək, Mübariz Mənsimovun iş adamı kimi uğurlarından söz açdı. Professor Firudin Cəlilov Məhəmməd Əmin Rəsulzadə adını daşıyan gəmini dünya sularına buraxılmasını ölkəmiz adına uğur olduğunu deyib. Rəsulzadənin xidmıtlərindən danışan alim onun adının yaşadılmasının alqışlanmalı hal olduğunu qeyd edib: “Hər azərbaycanlıya Rəsulzadədən halallıq almaq şansı olmur. Amma Azərbaycanlılar arasında bu halallığı Mübariz Mənsimov aldı. Bu gəmidə AXC-nin muzeyi də yaradıllb”.

Mərasimdə çıxış edən Mübariz Mənsimov Rəsulzadənin adını uca tutmağın hər bir azərbaycanlı üçün şərəf olduğunu bildirib: “Biz Rəsulzadənin adını yaşatmalıyıq. Fəxr etməliyik ki, belə bir tarixi şəxsiyyətimiz olub. Bu gəmi də Rəsulzadə kimi təmiz, şəffaf olacaq. Onun kimi insanların yükünü daşıyacaq”

Rəis Rəsulzadə də çıxış edərək Mübariz Mənsimova təşəkkürünü bildirib və hədiyyə olaraq çəkdiyi rəsm əsərlərini gəmiyə bağışlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}