20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Səkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilib
Tarix: 16-09-2019 13:58 | Bölmə: İqtisadiyyat
Səkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral neft kəmərləriilə 26 384,4 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 3,6% azalıb.

Hesabat dövründə nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 21 307,5 min ton neft ötürülüb ki, bu həcm ötən ilin müvafiq dövründən 4,4% azdır.

Dövr ərzində BTC kəməri ilə 3 100,8 min ton (26% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər