Zahid Oruc: "Uşaq pulu mövzusu ətrafında ictimai kampaniya aparılır"
Tarix: 17-12-2019 13:51 | Bölmə: İqtisadiyyat
Zahid Oruc: "Uşaq pulu mövzusu ətrafında ictimai kampaniya aparılır"

"İndi "uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır. "Uşaq pulu" məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: "Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik".




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}