Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
Tarix: 23-09-2016 16:00 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycanda 1 il bundan öncə qəbul olnumuş "Reklam haqqında” Qanuna ciddi dəyişiklər ediləcək.
Reyting.az xəbər verir ki, "Reklam haqqında” Qanunun həmmüəlliflərindən olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, bu qanuna tez bir zamanda ciddi dəyişiklər edilməsinin əsas səbəbkarı Nazirlər Kabinetidir:
"Reklam haqqında” Qanun 1 ilə yaxındır ki, qəbul olunub. Nazirlər Kabineti bu qanuna uyğun olaraq reklamla bağlı normativ hüquqi sənəd hazırlamalı idi və reklama məsul bütün şəxslər, orqanlar dəqiqliklə göstərilməli idi. Amma bu sənədi hazırlamadılar. Ona görə də, bu qanunda yenidən əsaslı dəyişikliklər edilməsi zərurəti yarandı”.
V.Əhmədovun sözlərinə görə, Azərbaycan Reklamçılar İttifaqı bu gün bazara buraxılmır və hər şeydən kənarda saxlanılıb:
"Hələ 1990-cı illərdən fəaliyyət göstərən Azərbaycan Reklamçılar İttifaqı bazara buraxılmır. Bu gün reklam bazarında dövlət və hökumət qurumları, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti at oynadır, qanunsuz şəkildə istədiklərini edirlər.
Azərbaycan Reklamçılar İttifaqı bu gün faktiki olaraq QHT olsa da, hər şeydən kənarda qalıb və heç nəyə müdaxilə edə bilmir. Dünya Reklamçılar İttifaqı Azərbaycanda yalnız Azərbaycan Reklamçılar İttifaqını reklam sahəsində ciddi təşkilat kimi qəbul edir və öz işlərini də bu təşkilatla görmək istəyir. Amma çox təəssüf ki, Azərbaycan Reklamçılar İttifaqının ölkədə heç bir yerdə adı yoxdur və qurum bu işlərdə yaxından əməkdaşlığa cəlb olunmur”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın reklam bazarında məmurlar istədiklərini diktə edirlər:
"Azərbaycanın reklam sahəsində biabırçılıqlar çoxdur. Açığını deyim ki, reklam sahəsinə aid qanunvericilik olsa da, bu, heç bir formada tənzimlənmir. Reklam sahəsində ciddi şəkildə qanundankənar əməllər var.
Biz Milli Məclisin plenar iclasında da reklam məsələsini xüsusi olaraq ciddi şəkildə müzakirə edəcəyik.
"Reklam haqqında” Qanunda reklama nəzarət mexanizmi aydın şəkildə göstərilib. Dövlət və QHT-lər hansı formada reklama nəzarət etməlidirlərsə, qanunvericilikdə bu, öz əskini tapıb.
Amma çox təəssüf ki, bizdə məmurlar özləri buna əməl etmirlər. Bu gün məmurlar öz istədikləri kimi diktə edirlər. Ona görə də "Reklam haqqında” Qanun çox zəif fəaliyyət göstərir”.
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır