Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
On yeddi mindən çox müəllimin maaşı artacaq
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
Tarix: 02-11-2016 14:56 | Bölmə: İqtisadiyyat

"Qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək”.
Reyting.az xəbər verir ki, bu sözləri cari ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyişikliklərin gözləndiyini vurğulayan iqtisadçı-alim Qubad İbadoğlu "facebook" səhifəsində qeyd edib.
Q.İbadoğlunun fikrincə, əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa, bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki:
1) Qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub.
2) Manatın məzənnəsi ucuzlaşacaq. Çünki, müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankın hazırkı yanaşması indiki halda daha düzgündür.
Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır.
3) Tədiyyə balansının kəsiri bir az da artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə neftin dünya bazar qiymətləri ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəək.
Noyabrın 2-də dünya bazarında 1 barel Brend neftinin qiyməti 47,7 dollar olub.
4) Dövlət büdcəsinin defisiti sürətlə çoxalacaq. Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.
5) Mərkəzi Bankın valyuta ehtiyatları daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankların xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək.
Xatırladaq ki, oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki