17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Pərviz Şahbazov Almaniyanın səfirini qəbul edib
Tarix: 02-03-2021 17:56 | Bölmə: İqtisadiyyat
Pərviz Şahbazov Almaniyanın səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Reyting.az
Energetika Nazirliyinə istinadən bildirir ki, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Səfir bərpa olunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari ilin 16-17 mart tarixlərində keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir müzakirəsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}