Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb
Tarix: 18-09-2021 11:53 | Bölmə: İqtisadiyyat
Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 400,679 mln. ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 67,8 faiz çoxdur.

Reyting.az
-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalardan bəlli olur ki, hesabat dövründə ixracın həcmi 195,100 mln. dollar olub. Bu da illik müqayisədə 4,8 dəfə çoxdur. İdxal isə 205,579 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7 faiz yüksəkdir.

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 10,479 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 93,4 faiz azalıb.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər