Bu obyektlərin sahibləri cərimələnib - Siyahı
Tarix: 20-09-2021 12:29 | Bölmə: İqtisadiyyat
Bu obyektlərin sahibləri cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 390 ictimai iaşə obyektində 671 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov pr. 66 ünvanında yerləşən, fiziki şəxs Niftaliyev Namidar Yengibar oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., S. M. Əfəndiyev küç., ev 7, dön. 1 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cahangir Canvarşir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, N. Quliyev küç., ev 45 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus “Dərya” kafesi;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., ev 23a ünvanında yerləşən, fiziki şəxs Şahbazova Aysel Elşad qızına məxsus dönər evi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3, ev 28 ünvanında yerləşən, hüquqi şəxs “JAFAR R” MMC-yə məxsus mehmanxana.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər