Sənədsiz evlərlə bağlı yeni təkliflər hazırlanır
Tarix: 20-09-2021 18:13 | Bölmə: İqtisadiyyat
Sənədsiz evlərlə bağlı yeni təkliflər hazırlanır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti evlərin sənədləşdirilməsi sahəsində problemləri açıqlayıb.

Dövlət Xidmətindənbildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi ümumilikdə bir çox amillərə bağlı problemlərdən ibarətdir.

Ölkədə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın qısa müddət ərzində öz ata baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmaması kimi amillər bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olub.

Xİidmət sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Bildirilib ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.

Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.

İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər