Daha 15 obyektdə qaydalar pozulub
Tarix: 21-09-2021 16:33 | Bölmə: İqtisadiyyat
Daha 15 obyektdə qaydalar pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 342 ictimai iaşə obyektində 652 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bildirilib ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb:

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna ştq, Rasim İmanov 22a ünvanında yerləşən fiziki şəxs Abdullayev Emin Eldar oğluna məxsus “Lazetti” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 25b ünvanında yerləşən fiziki şəxs Mahmudov Vidadi Hüseynqulu oğluna məxsus restoran;

3. Bakı şəhəri, Səbail rayonu, Nizami 42 ünvanında yerləşən hüquqi şəxs “Cafe La Provence" MMC-yə məxsus “Cafe La” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 101 ünvanında yerləşən fiziki şəxs Mürsəlzadə Sadiq Yusif oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 41/47 ünvanında yerləşən fiziki şəxs Məmmədov Rövşən Zəkəriyyə oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 2a ünvanında yerləşən fiziki şəxs Əliyeva Elmira Akif qızına məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 2a ünvanında yerləşən fiziki şəxs Konişeva Elena Vçeslavovnaya məxsus kafe;

8. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 23H ünvanında yerləşən fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr.108 ünvanında yerləşən hüquqi şəxs “Novgün” MMC-yə məxsus “Bagel bar” kafesi;

10. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında yerləşən hüquqi şəxs "Shah Group Of Companıes" MMC-yə məxsus “Baku Friends Central Park” kafesi;

11. Bakı şəhəri, Yasamal rayonu, M.Naxçivani 25a ünvanında yerləşən fiziki şəxs Səfərov Afiq Əliaga oğluna məxsus “Galata” restoranı;

12. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus çay evi;

13. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov 50 ünvanında yerləşən fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus kafe;

14. Şəmkir rayonu, Cahangir Əliyev küçəsində yerləşən fiziki şəxs Cavadov Anar Vaqif oğluna məxsus kafe;

15. Mingəçevir şəhəri, “Əşya bazar” ərazisində yerləşən fiziki şəxs Ağayev Azad Şirin oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər