Problemli kreditlər azalıb
Tarix: 22-09-2021 12:01 | Bölmə: İqtisadiyyat
Problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,55 % azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2 % artıb, son 1 ildə isə 15,1% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edib. Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1%, ötən il iyulun sonuna isə 7,3% olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər