Müəllimlərin maaşı... - Yeni qayda ilə necə hesablanacaq?
Tarix: 22-09-2021 17:45 | Bölmə: İqtisadiyyat
Müəllimlərin maaşı... - Yeni qayda ilə necə hesablanacaq?

Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacağına aydınlıq gətirib.

Təhsil Nazirliyindən bildirilib ki, hazırda yalnız əyani tədrisin həyata keçirilməsi nəzərdə tutulduğuna görə müəllimlərin əməkhaqqı ənənəvi formada hesablanacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, təhsil verənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınması (4.2.2) ilə bağlı bənd ləğv olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər