Budapeşt-Bakı-Budapeşt aviareysi bərpa olunur
Tarix: 28-09-2021 13:25 | Bölmə: İqtisadiyyat
Budapeşt-Bakı-Budapeşt aviareysi bərpa olunur

Bu ilin oktyabr ayının əvvəlindən etibarən Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə uçuşları bərpa edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə "WizzAir" aviaşirkəti məlumat yayıb.

Bildirilir ki, ilk aviareys 3 oktyabr tarixində baş tutacaq. Belə ki, təyyarə Budapeştdən Bakıya oktyabrın 3-də, əks istiqamətdə isə oktyabrın 4-də yola düşəcək.

Məlumata görə, oktyabr ayı üzrə reyslər həftədə bir dəfə (Budapeştdən bazar günü, Bakıdan isə bazar ertəsi günü yola düşür), noyabr ayından etibarən isə həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}