Tarif Şurası 200-ə yaxın dərman vasitəsinin qiymətlərini təsdiqləyib - Siyahı
Tarix: 29-09-2021 15:30 | Bölmə: İqtisadiyyat
Tarif Şurası 200-ə yaxın dərman vasitəsinin qiymətlərini təsdiqləyib

Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Reyting.az
-ın məlumata görə, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri təsdiqlənib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) My Webpage “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) My Webpage yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər