Alimlər YT Parkla əməkdaşlığı müzakirə ediblər - Foto
Tarix: 30-09-2021 16:26 | Bölmə: İqtisadiyyat
Alimlər YT Parkla əməkdaşlığı müzakirə ediblər

AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) bu qurumun rəhbərliyi və Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri arasında görüş keçirilib.

AMEA-dan Reyting.az-a verilən məlumata görə, görüşdə PMİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, icraçı direktor, kimya elmləri doktoru, dosent Kazım Quliyev, YT Parkın icraçı direktoru Zaur Nəhmətov, YT Parkın rezidentləri – Təcrübə-Sənaye Zavodunun icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov, “Bakı Polimer İstehsalat” MMC-nin direktoru Cavid Hüseynov və “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov iştirak ediblər.

Əsas məqsəd birgə əməkdaşlıq çərçivəsində görülən işlərin müzakirəsi və perspektivlərin müəyyən edilməsi olub.

Qeyd olunub ki, texnoparkın rezidentləri hər zaman akademiyanın müvafiq institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.



Bildirilib ki, AMEA institutları alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin YT Parkda reallaşdırılması həyata keçirilir.

Tədbirdə texnoparkın rezidenti olan “Bakı Polimer İstehsalat” MMC və PMİ alimlərinin qatqı maddələrinin alınması istiqamətində apardıqları birgə tədqiqatlardan bəhs olunub. Qeyd olunan innovativ layihə ilə bağlı patentin alınmasının da nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə, həmçinin birgə həyata keçiriləcək yeni layihələrin müzakirəsi aparılıb, müvafiq tapşırıqlar verilib, o cümlədən investorların cəlb olunması istiqamətində təkliflər səsləndirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər