Palata rəhbəri: “İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi vacibdir”
Tarix: 02-10-2021 10:43 | Bölmə: İqtisadiyyat
Palata rəhbəri: “İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi vacibdir”

“Ərdəbildəki dəmir yolunun Azərbaycan Respublikasına uzadılması sıravi vətəndaşlar və iş adamlarının tələbidir və yeni hökumətin planlarında prioritet olmalıdır".

Reyting.az
xəbər verir ki, bunu İranın Ərdəbil əyaləti Ticarət, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Hüseyn Pirmozan bildirib.

"Bu məqsədlə Rusiya və MDB ölkələri bazarlarına çıxış üçün ilkin tədbirlər və addımlar atılıb. Ümid edirik ki, rəsmilər buna nail olmaq üçün çalışacaqlar", - deyə o əlavə edib.

Hüseyn Pirmozan Ərdəbil Sərbəst Ticarət və Sənaye Ərazisinin qurulmasını özəl sektorun vacib tələblərindən biri adlandırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər