23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Ermənistan təyyarələri Azərbaycan üzərindən uçacaq
Tarix: 06-10-2021 13:01 | Bölmə: İqtisadiyyat
Ermənistan təyyarələri Azərbaycan üzərindən uçacaq

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.

Müharibə bitdiyi üçün regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycanın hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}