Nazirliyin Aparat işçilərinin say həddi müəyyənləşib
Tarix: 06-10-2021 17:27 | Bölmə: İqtisadiyyat
Nazirliyin Aparat işçilərinin say həddi müəyyənləşib

Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidi müəyyənləşib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi” və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, əvvəl Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin sayı 207 ştat vahidi təşkil edirdi.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi artırılaraq 57 ştat vahidi müəyyənləşib. Əvvəl bu say 49 ştat vahidi idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər