23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Telekommunikasiya üzrə tənzimləyici qurum yaradırlar
Tarix: 07-10-2021 12:05 | Bölmə: İqtisadiyyat
Telekommunikasiya üzrə tənzimləyici qurum yaradırlar

Yaxın vaxtlarda Azərbaycanda telekommunikasiya sahəsində tənzimləyici qurum yaradılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə "APA-Economics"ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın internet provayderlərlə təşkil olunan görüşdə müzakirə olunub.

"Nazirlik rəsmisi bildirib ki, artıq tənzimləyici qurumun yaranması ilə bağlı işlər yekunlaşıb. İstisna deyil ki, tənzimləyici qurum, ilk növbədə, dövlətə məxsus resurslardan özəl şirkətlərin də bərabər əsasda istifadəsinə şərait yaradacaq. Bu məsələ də görüşdə vurğulanıb. Çox güman ki, tənzimləyici qurum yaradıldıqdan sonra bu məsələlər də öz həllini tapacaq. Mən belə qənaətə gəldim ki, tənzimləyici qurumun yaradılması artıq bir neçə günün məsələsidir. Bunun da bazara hədsiz dərəcədə böyük müsbət təsiri olacaq", - deyə O. Gündüz qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}