Dünya bazarlarında WTI neftinin qiyməti 80 dolları ötüb
Tarix: 09-10-2021 20:56 | Bölmə: İqtisadiyyat
Dünya bazarlarında WTI neftinin qiyməti 80 dolları ötüb

WTI neftinin bir barelinin qiyməti dünya bazarlarında 80 dolları ötüb. Bu, son yeddi ilin ən yüksək göstəricisidir.

Dünən 78,30 dollar olan WTI neftinin qiyməti bu gün 80,11 dollara yüksəlib.

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrında 80,98 dollar olmuşdu.

Bundan başqa, “Brent” markalı xam neftin bareli 83,03 dollara yüksəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər