Azərbaycanda daha 10 su anbarı tikiləcək
Tarix: 12-10-2021 14:08 | Bölmə: İqtisadiyyat
Azərbaycanda daha 10 su anbarı tikiləcək

2022-ci ilədək Azərbaycanda daha 10 su anbarının tikintisi, 20-dən çox anbarın təmiri nəzərdə tutulur.

Reyting.az
-ın məlumatına görə, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov çərşənbə axşamı "Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib.

R. Aslanov bildirib ki, Azərbaycanda ümumi sahəsi 200 min hektar olan 43 aqropark mövcuddur:

"Aqroparkların 60 min hektardan çox ərazisi yeni suvarılan ərazilərdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər