Gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib - Qərar
Tarix: 12-10-2021 15:42 | Bölmə: İqtisadiyyat
Gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Reyting.az
-ın məlumatına görə, verilmiş qərar saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.

2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 faiz, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər