Türkiyə Azərbaycandan 11 milyard kubmetr əlavə təbii qaz alacaq
Tarix: 15-10-2021 10:27 | Bölmə: İqtisadiyyat
Türkiyə Azərbaycandan 11 milyard kubmetr əlavə təbii qaz alacaq

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz alacaq.

Reyting.az
-ın məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcək:

"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Sazişə əsasən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.(Trend)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}