Qanunsuz sahibkarlıqla bağlı yoxlama və nəzarət tədbirləri gücləndiriləcək
Tarix: 15-10-2021 13:15 | Bölmə: İqtisadiyyat
Qanunsuz sahibkarlıqla bağlı yoxlama və nəzarət tədbirləri gücləndiriləcək

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirləri gücləndiriləcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.

Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər