Nazirlər Kabineti vahid büdcə ilə bağlı yeni qərar verib
Tarix: 18-10-2021 17:10 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti vahid büdcə ilə bağlı yeni qərar verib

Nazilər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
 xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, büdcə gəlirlərinin təsnifatı üzrə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi” anlayışı “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəzlənib.

Bundan başqa, “şəxslərin işə qoşulması barədə ərizə” anlayışı “şəxsin işə qoşulması barədə ərizənin verilməsi”, eləcə də “məhkəmələrə verilmiş iddia ərizələri” anlayışı “məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəz olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər