Dünya bazarında neft xeyli ucuzlaşıb
Tarix: 27-10-2021 15:14 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft xeyli ucuzlaşıb

Bu gün keçirilən hərraclarda neftin qiymətində azalma qeydə alınıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 13:48-ə olan vəziyyətə görə, “Brent” markalı neftin yanvar fyüçersləri 1,14 faiz ucuzlaşaraq 84,67, WTI markalı neftin dekabr fyüçersləri də 1,49 faiz ucuzlaşaraq 83,39 ABŞ dollarından satılıb. Səhərki hərraclarda hər iki marka müvafiq olaraq 0,5 faiz və 0,7 faiz ucuzlaşmışdı.

Qeyd edək ki, ötən gecə Amerika Neft İnstitutu (API) ölkədəki neft ehtiyatlarının 15-22 oktyabr tarixləri ərzində 2,3 milyon barel, benzin ehtiyatları 0,5 milyon barel, distilat ehtiyatlarının da 1 milyon barel artdığını, ABŞ-ın ən böyük neft terminalı olan Kuşinqdə (Kushing) isə 3,7 milyon barel azaldığını açıqlayıb.

Xatırladaq ki, ötən həftə neft və neft məhsulları ehtiyatlarına, neft hasilatına dair rəsmi məlumatlar bu gün açıqlanacaq.

Ekspertlərin fikrincə, sözügedən müddət ərzində neft ehtiyatları 1,9 milyon barel artıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər