DSMF-nin gələn il üzrə gəlir və xərcləri artırılır
Tarix: 27-10-2021 16:09 | Bölmə: İqtisadiyyat
DSMF-nin gələn il üzrə gəlir və xərcləri artırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsinin gəlirləri və xərcləri məlum olub.

Bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün DSMF-nin büdcəsinin gəlirləri və xərcləri 5 milyard 306 milyon 770 min 072 manat təşkil edəcək.

Qeyd edək ki, DSMF-nin 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər