İşsizlikdən Sığorta Fondunun gələn il üçün gəlirləri və xərcləri artırılır
Tarix: 27-10-2021 16:27 | Bölmə: İqtisadiyyat
İşsizlikdən Sığorta Fondunun gələn il üçün gəlirləri və xərcləri artırılır

İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.

Məlumata görə, bu, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri və xərcləri 180 milyon 375 min 536 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər