Bu obyektlərin sahibləri cərimələnib - Siyahı
Tarix: 27-10-2021 18:25 | Bölmə: İqtisadiyyat
Bu obyektlərin sahibləri cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 406 ictimai iaşə obyektində 726 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Ə.Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai ‎ rayonu, Babək pr. 56 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mala Praga” restoranı;

3. Bakı şəhəri, Nizami‎ rayonu, Qarayev pr. 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Biz-bizə” restoranı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər