Qarabağda şumlanan sahənin həcmi açıqlanıb
Tarix: 28-10-2021 13:41 | Bölmə: İqtisadiyyat
Qarabağda şumlanan sahənin həcmi açıqlanıb

Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826 287 hektar sahədə şum aparılıb.

Reyting.az
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 %-ini təşkil edir.

Oktyabrın 28-dək 200 818 hektar sahədə səpin həyata keçirilib, o cümlədən 84 961 hektar sahədə buğda səpini, 115 857 hektar sahədə arpa səpini aparılıb. Səpin zamanı 14 816,2 ton sertifikatlaşdırılmış buğda, 13 007,4 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub.

Füzuli, İmişli, Oğuz, Qubadlı, Salyan, Sabirabad, Xocalı, Yevlax və Zəngilan rayonlarında şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 100 % yerinə yetirilib. Ağcabədi rayonunda şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 98,2 %, Ağdaş rayonunda 93,1 %, Ağstafa rayonunda 95,2 %, Quba rayonunda 98,1 %, Saatlı rayonunda 95 %, Qəbələ rayonunda 97 % yerinə yetirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər