Avropa Rusiya qazına alternativlər axtarmalıdır
Tarix: 28-10-2021 23:17 | Bölmə: İqtisadiyyat
Avropa Rusiya qazına alternativlər axtarmalıdır

Avropa Rusiya qazından tamamilə imtina edə bilməyəcək, lakin o, "Qazprom"a alternativlər axtarmalıdır.

Reyting.az
-ın məlumatına görə, bunu "The Economist" jurnalı yazıb.

Bildirilir ki, Rusiyadan tədarüklərə alternativ olaraq yalnız "Cənub Qaz Dəhlizi" nəzərdən keçirilə bilər ki, bu da Azərbaycandan İtaliyaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə imkan verəcək. Qeyd olunur ki, bu layihə bəzi ölkələrdə Rusiya qazının payını azaltmağa kömək edəcək, məsələn, Bolqarıstanda tələbatın 33 faizini Azərbaycandan mavi yanacağın tədarükü ilə təmin etmək olar.

Bundan əlavə, İsraildən təxminən 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilməsi planlaşdırılır ki, bu da ildə daha 20 milyard kubmetr qaz deməkdir: "Lakin bu, bütün Avropanı qazla təmin etmək üçün kifayət etməyəcək. Rusiya qazından tamamilə və ya uzunmüddətli perspektivdə imtina etmək həddindən artıq iddialı təşəbbüsdür".(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}