Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Tarix: 29-10-2021 11:09 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib.

Reyting.az
 xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər