Dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulub
Tarix: 29-10-2021 11:42 | Bölmə: İqtisadiyyat
Dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulub

2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 50 ABŞ dolları məbləğində nəzərdə tutulub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Xatırladaq ki, bu, rəqəm həm ilkin proqnozda, həm də 2021-ci ilin dövlət büdcəsində 45 dollar olub.

Xatırladaq ki, gələn il Azərbaycanın büdcə gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar, bu ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər