“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 665 milyon dollarlıq ixraca kömək edib
Tarix: 29-10-2021 14:26 | Bölmə: İqtisadiyyat
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 665 milyon dollarlıq ixraca kömək edib

Bu ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın oktyabr buraxılışında qeyd edilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 milyon dollar yaxud 55,3% çoxdur.

2017-ci ildən 2021-ci ilin oktyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər