Hökumət vergi işçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərar verib
Tarix: 29-10-2021 17:23 | Bölmə: İqtisadiyyat
Hökumət vergi işçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərar verib

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Dövlət Vergi Xidmətinin Aparatının, xidmətin strukturuna daxil olan qurumların, struktura daxil olan yerli bölmələrin, Tədris Mərkəzinin işçilərinin, struktura daxil olan qurumlar və struktura daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiqlənib.

Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər