Türkiyə şirkəti Qarabağda yol tikintisinin başa çatacağı vaxtı proqnozlaşdırıb
Tarix: 31-10-2021 09:13 | Bölmə: İqtisadiyyat
Türkiyə şirkəti Qarabağda yol tikintisinin başa çatacağı vaxtı proqnozlaşdırıb

Türkiyənin "Proyapı" şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

Reyting.az
xəbər verir ki, bunu “Trend”-ə şirkətin layihə meneceri Volkan Topaloğlu deyib.

Onun sözlərinə görə, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

"Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq "Zəfər yolu"nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk".

O əlavə edib ki, "Proyapı" şirkəti Füzuli-Ağdam yolunun layihələndirilməsi üzrə də işlər görür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər