Gürcüstanda yanacaq bahalaşıb
Tarix: 01-11-2021 11:47 | Bölmə: İqtisadiyyat
Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda son iki həftə ərzində bütün yanacaq növlərinin qiymətlərində artım müşahidə olunur.

Bu barədə yerli “BusinessPressNews” nəşri yazıb.

Bildirilib ki, hazırda “Regular 92” markalı benzinin orta qiyməti 2,94 lari təşkil edir, iki həftə öncə isə qiymət 2,82 lari idi.

“Super” markalı benzin isə iki həftə bundan qabaq 3,10 lariyə təklif olunurdusa, hazırda 3,17 lariyə satılır.

Qeyd olunub ki, maye qazın (LPG) da qiyməti artır. Hazırda qiyməti 2 lariyə bərabərdir, lakin iki həftə öncə 1,9 lariyə olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər