Heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq
Tarix: 01-11-2021 11:53 | Bölmə: İqtisadiyyat
Heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq

Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması dövlət rüsumları tətbiq olunacaq.

Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə əksini tapıb.

Müvafiq qanun layihəsinə əsasən, sözügedən dövlət rüsumu qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat, qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat, diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat, hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat, içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat, balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat, yumurta (topdansatış — 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat, yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat, süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat, arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər