Yaponlar Azərbaycanın enerji təhlükəsizliyini tədqiq edir
Tarix: 02-11-2021 08:26 | Bölmə: İqtisadiyyat
Yaponlar Azərbaycanın enerji təhlükəsizliyini tədqiq edir

Gələn il Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatlarının yekunları ilə bağlı hesabat açıqlayacaq.

Reyting.az
-ın məlumatına görə, JICA-dan “Trend”ə bildiriblər ki, bugünədək tədqiqatlar COVID-19 pandemiyası ilə əlaqədar, əsasən Yaponiyadan aparılırdı:

"Bir müddət əvvəl biz Azərbaycanda birinci dəfə yerində tədqiqat apardıq. Daha bir neçə səyyar tədqiqat planlaşdırılır. Hesabatın 2022-ci ildə hazırlanması gözlənilir".

Qeyd olunub ki, bunun məqsədi elektrik enerjisi sektorunda mövcud vəziyyəti və təklif barədə məlumatların təhlili yolu ilə tələbi bilmək, eləcə də milli inkişaf planının, elektrik enerjisinin paylanmasının təkmilləşdirilməsi planının, Azərbaycanın enerji sektorunda donorluq və sahibkarlıq fəaliyyəti planının hazırlanmasıdır:

"Tədqiqatlar çərçivəsində biz Azərbaycanda enerji təhlükəsizliyinin əldə olunmasına xidmət edəcək mümkün layihələri nəzərdən keçirəcəyik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər