Bəzi avtomobillərin qiyməti fantastik dərəcədə artacaq - Ekspert
Tarix: 03-11-2021 15:31 | Bölmə: İqtisadiyyat
Bəzi avtomobillərin qiyməti fantastik dərəcədə artacaq

“Azərbaycanda ölmüş hesab edilən şəxsin vergi borcunu onun varisi ödəyəcək. Bu təəccüblüdür, çünki həyatını dəyişən şəxlərin Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin ailə tərəfindən geri alınması üçün böyük çətinliklər var”

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N. Cəfərli sual verib ki, necə olur, ölmüş adamın dövlətə olan vergi borcunu varisləri mütləq ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?

İqtisadçı ekspert daha bir məsələyə münasibət bildirib. Qeyd edub ki, ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin vergisi ləğv edilmir, amma onların şarjı üçün istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilir:

“İli 3 ildən köhnə, motor həcmi 2000 sm3-dən yuxarı olan avtomobillərin aksiz vergisi kəskin artır, 7 ildən artıq olanlar isə fantastik olaraq artırılır. Bunun müsbət tərəfi odur ki, ekoloji cəhətdən problem yaradan motor həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsi azalacaq, amma artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətləri kəskin artacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər